İnformatika
elmi, onun tərkib hissələri, predmeti. İnformasiya anlayışı. İnformasiyanın
formaları və təsvir üsulları. İnformasiyanın alınması, saxlanması, ötürülməsi,
çevrilməsi və emal olunması. İnformasiya miqdarının ölçü vahidləri.
İnformasiyanın kodlaşdırılması.
İnformatika elmi
İnformatika (ingiliscə “informatics”) termini informasiya və
avtomatika sözlərindən yaranmışdır. Bu termini ilk dəfə fransızlar (1960-cı il)
avtomatlaşdırılmış informasiya emalı sahəsini adlandırmaq üçün istifadə etmişlər.
Xaricdə bu termin “Kompyuter elmi” (“Computer science”) termini ilə
uyğunlaşdırılır, yəni bu iki termin sinonim kimi işlədilir.
Hazırda “İnformatika” informasiya proseslərinin (informasiyanın
toplanması, ötürülməsi, saxlanması və emalı) kompyuter texnikası vasitələri ilə
avtomatlaşdırılmasından bəhs edən elm sahəsi kimi formalaşmışdır. Bəşər
tarixində 4 informasiya inqilabı olmuşdur:
1.
Yazının meydana gəlməsilə
2.
Kitab çapının yaranması ilə
3.
Tv,radio,telefon-elektrikn kəşfi ilə
İnformatika elminin əsas tərkib hissələri
İnformatikanın əsasını aşağıdakı elm sahələri tutur:
Hardware (aparat) – hesablama
texnikası, aparat vasitələrinin işlənməsi. EHM-lər, onların quruluşu,
qurğuları, onlardan istifadə qaydaları və s. öyrənən sahədir.
Software (proqram) – proqram təminatının
işlənməsi. EHM-də istifadə olunan bütün proqramlar, onların təyinatı, təsnifatı,
tədqiq qaydaları, yaradılma qaydalarını öyrənən sahədir.
Brainware – alqoritmik dillər. Məsələnin
EHM-də həlli üçün alqoritmləri öyrənən sahədir.
İnformatika elminin predmeti informasiyadır.
Freeware-pulsuz proqramların yüklənməsi
üçün istifadə olunur
Netware-şəbəkə proqramlarında istifadə
olunur.
İnformasiya anlayışı, onun formaları və xassələri
İnformasiya termini mənşəcə latın sözü olub, izahetmə, şərhetmə, məlumatvermə
mənalarını daşıyan “informatio” sözündən yaranmışdır. İnformatikada informasiya
ilkin və təyin olunmamış anlayış kimi qəbul olunur.
İnformasiya ifadə olunma formasından asılı olmayaraq insanlar,
canlılar, cansızlar, faktlar, hadisələr, proseslər və s. haqqında olan məlumat
və biliklərdir. Biliklər isə müəyyən faktlar və onlar arasındakı asılılıqlar şəklində
ifadə olunur.
İnformasiyanı yaratmaq, ötürmək, saxlamaq, emal etmək mümkündür. İnformasiyalar
təbiətdə siqnallar şəklində ötürülür və iki tipə ayrılır: analoq və rəqəmli.
İnsanlar öz hissiyyat üzvlərinə görə analoq, kompyuterlər isə rəqəmli
informasiyaların köməyilə fəaliyyət göstərir.
Müxtəlif intensivliyə malik olan siqnallar müxtəlif informasiyaları
daşıyır. Bu tipli informasiyanı analoq
informasiya adlandırırlar. Analoq informasiya kəsilməzdir – biz təbiətdə
heç bir vaxt iki eyni rəngli yarpaq və ya iki eyni formalı bulud görə bilmərik.
Kompyuterdə informasiya başqa xüsusiyyətə malik verilənlər şəklində təsvir
olunur. Şəkildə hər hansı rəng nə qədər parlaqdırsa, kompyuterin yaddaşında bu
siqnal bir o qədər artıq olur. Bunları səs və başqa siqnallar haqqında da demək
olar. Bu formada təsvir edilən informasiya rəqəmli
informasiya adlanır. Rəqəmli informasiya diskretdir, belə ki, səs, rəng və
formaların sonsuz müxtəlifliyinin təsviri üçün ədədlərin müəyyən və sonlu
sayından istifadə edilir. Analoq informasiyanın rəqəmli şəkildə təsviri
analoq-rəqəmli çevrilmə adlanır. Bu çevrilmədə istifadə edilən ədədlər nə qədər
müxtəlif olarsa, rəqəmli informasiyanın diskretliyi, yəni onun dəqiqliyi də bir
o qədər çox olar, başqa sözlə, rəqəmli informasiya analoqa bir o qədər yaxın
olar. Başqa sözlə, analoq informasiya deyildiyi kimi təsvir edilir və insanın
duyğu üzvləri ilə qəbul edilir. Rəqəmli informasiya isə kompyuterin emal etdiyi
informasiyadır və kodlarla ifadə olunur.
İnformasiyanın 1) faydalılıq, 2) tamlıq, 3) həqiqilik, 4) qiymətlilik,
5) təzəlilik(aktuallıq) , 6)
anlamlılıq və s. kimi xassələri vardır.
·
tamlıq (tam şəkildə
təsvir olunmalıdır);
·
həqiqilik (həqiqi
situasiyanı əks etdirməlidir);
·
qiymətlilik (ucuz başa gəlməlidir)
·
faydalılıq (istifadəçi üçün vacib olmalıdır);
·
təzəlilik və ya aktuallıq (cari vaxtda
vəziyyəti əks etdirməlidir);
·
anlamlilıq (istifadəçinin başa düşdüyü dildə
göstərilməlidir).
İnformasiyalar yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə
formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla
bilər.
İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt “verilənlər”
sözü ilə ifadə olunur. “Verilənlər” (ing. data) texniki vasitələrlə (məsələn,
kompyuterlə) saxlanması, emal edilməsi və ötürülməsi üçün formal şəkildə təsvir
edilən (kodlaşdırılan) məlumatdır. “Verilən” termini latınca “datum” (fakt)
sözündən yaranmışdır. Lakin verilən bəzən konkret və ya real fakta uyğun gəlməyə
bilər. Verilənlər bəzən qeyri-dəqiq, həqiqətdə mövcud olmayan anlayışları ifadə
etməyə bilər. Odur ki, verilən dedikdə öyrənilən obyektin, hadisənin və ya
fikrin təsviri başa düşülür.
Verilən ümumi halda ad, qiymət, tip və struktur xarakteristikaları ilə
təyin olunurlar.
Verilənlərin tip xarakteristikasından əsasən proqramlaşdırmada
istifadə edilir. Tipinə görə verilənləri 4 qrupa ayırırlar:
-
hesabi (və ya rəqəm tipli);
-
mətn (və ya simvol tipli);
-
məntiqi tipli;
-
göstərici tipli.
Hesabi verilənlərdə qiymət rəqəmlərlə ifadə olunur (Məs., “yaşı–28”).
Mətn tipli verilənlərdə qiymət sözlə (simvollarla) ifadə olunur (Məs., “qırmızı
rəngli”). Məntiqi verilənlərdə qiymət məntiqi kəmiyyətlə ifadə olunur (məs., “18
ədədinin tək ədəd olması doğru deyil”). Göstərici tipli verilənlərdə isə proqramlaşdırmada
yaddaş ünvanları ilə işləmək üçün istifadə olunur. Qeyd edək ki,
proqramlaşdırmada verilənlər həmçinin say sisteminə, təsvir formasına, ölçüsünə
görə də xarakterizə edilir.
İnformasiyanın təsvir üsulları
Kompyuterdə verilənlər ikilik say sisteminin rəqəmləri ilə təsvir
olunur. Verilənlərin bu cür təsviri ikilik
kod adlanır. İnformasiyanın ikilik rəqəmlərlə yazılması ikilik kodlaşdırma, ikilik rəqəmlərin özləri isə bit (ing. binary digit –
ikilik rəqəm) adlanır. Bit – informasiyanın ən kiçik ölçü vahididir.
Bit çox kiçik vahid olduğundan, kompyuter texnikasında informasiya
vahidi kimi 8 bitdən ibarət olan baytdan istifadə edilir. Baytda hər bir bit yalnız iki qiymət –
0 və ya 1 ala bilər.
İnformasiya
prosesləri və onların avtomatlaşdırılması
İnformasiya proseslərinə informasiyanın toplanması, ötürülməsi,
saxlanması, emalı və istifadəçiyə çatdırılması aiddir.
İnformasiyanın toplanması öyrənilən obyektin vəziyyəti
haqqında məlumatın alınması məqsədi ilə aparılır. İnformasiyanın toplanması adi
halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə texniki vasitələr və
sistemlər tərəfindən yerinə yetirilir.
İnformasiyanın ötürülməsi. Toplanan informasiyanın emal
edilməsi üçün o, emal vasitələrinə ötürülməlidir. Adi halda informasiyanın
emalı insan tərəfindən, avtomatlaşdırılmış kompyuterlər vasitələrlə aparılır.
İnformasiyanın ötürülməsi məsafədən asılı olaraq müxtəlif vasitələrlə yerinə
yetirilə bilər. Yaxın məsafəli ötürmələrdə kabellərdən, uzaq məsafəli ötürmələrdə
isə rabitə kanallarından (telefon, teleqraf, peyk rabitəsi və s.) istifadə
edilir. Müasir kompyuterlərdə informasiyanın telefon kanalı vasitəsilə uzaq məsafəyə
ötürülməsi üçün modem (modulyator - demodulyator) adlanan xüsusi qurğudan
istifadə edilir.
İnformasiyanın saxlanması. İnformasiya emal edilməzdən əvvəl
və sonra daşıyıcılarda saxlanır. İnformasiya daşıyıcısı kimi kağızdan,
perfolentdən, perfokartdan, maqnit lentindən, müasir kompyuterlərdə isə maqnit
və lazer disklərindən və kartlardan istifadə olunur.
İnformasiyanın axtarışı və
emalı adi
halda insan tərəfindən, avtomatlaşdırılmış halda isə kompyuter vasitəsilə
aparılır. İnformasiyanın emalı başqa sözlə qarşıya qoyulan məsələnin həlli deməkdir.
Bunun üçün əvvəldən hazırlanmış alqoritmlərdən və proqramlardan istifadə
olunur.
İnformasiyanın emalından alınan nəticələr tələb olunan formada
istifadəçilərə çatdırılır. Avtomatlaşdırılmış üsulla (kompyuterlə) emal olunan
informasiya istifadəçilərə adətən kompyuterin xaricetmə qurğuları ilə (monitor,
printer, plotter və s.) mətn, cədvəl, qrafik və s. şəklində çatdırılır.
Son illərdə “Kompyuter texnologiyası” və “İnformasiya texnologiyası”
terminlərindən də geniş istifadə olunur.
“Texnologiya” yunan sözü olub (techne
(bacarıq) + logos (öyrənmə)) məhsulun hazırlanması bacarığı, istehsal proseslərinin
yerinə yetirilməsi üçün üsul və vasitələr haqqında biliklər toplusu deməkdir.
İnformasiya texnologiyası – informasiya ehtiyatlarından
istifadə olunması proseslərini yüngülləşdirmək, onların etibarlılığını və
operativliyini artırmaq məqsədilə informasiyanın toplanması, ötürülməsi,
saxlanması, emalı və istifadəçilərə çatdırılmasını təmin edən və texnoloji zəncirdə
birləşdirilən metodlar, istehsal prosesləri və texniki-proqram vasitələri
toplusudur.
Bütün texnologiya növləri içərisində informasiya texnologiyası “insan
amilinə” çox yüksək tələblər qoyur (peşəkarlıq səviyyəsi, zehni və fiziki iş
qabiliyyəti və s.).
İnformasiya sistemləri – İnformasiya sistemi kompyuterlərdən, kompyuter şəbəkələrindən,
proqram məhsullarından, verilənlər bazalarından, insanlardan, müxtəlif növ
kommunikasiya vasitələrindən və s. ibarət olan mühitdir.
İnformasiyanın kodlaşdırılması
Yalnız
rəqəmlərlə ifadə olunan informasiyaya kodlaşdırılmış informasiya deyilir. Bunun
üçün istifadə olunan rəqəmlərə kodlar deyilir.
Kompyuterdə
informasiya yalnız kodlaşdırılmış şəkildə emal olunur və kodlaşdırma üçün
ikilik say sistemindən – binar koddan, ikilik koddan istifadə olunur. İkilik
kod “0” və
ya “1” rəqəmlərindən
hansısa biri deməkdir.
1 bayt
= 8 bit
1
Kbayt = 1024 bayt = 210 bayt
1
Mbayt = 1024 Kbayt = 210 Kbayt = 220 bayt
1
Gbayt = 1024 Mbayt = 210 Mbayt = 220 Kbayt = 230
bayt
1
Tbayt = 1024 Gbayt = 210 Gbayt = 220 Mbayt = 230
Kbayt = 240 bayt
1
Pbayt = 1024 Tbayt = 210 Tbayt = 220 Gbayt = 230
Mbayt = 240 Kbayt = 250 bayt
1
Ebayt = 1024 Pbayt = 210 Pbayt = 220 Tbayt = 230
Gbayt = 240 Mbayt = 250 Kbayt = 260 bayt
1 Zbayt = 1024 Ebayt = 210 Ebayt = 220 Pbayt =
230 Tbayt = 240 Gbayt = 250 Mbayt = 260
Kbayt = 270 bayt
Mətn tipli informasiyanın kodlaşdırılması
Mətn
tipli informasiyanın baytlarla kodlaşdırılması bir neçə müxtəlif standarta əsaslanır,
lakin əsas standart ABŞ-da ANSI Milli insitutunda işlənilmiş ASCII (American Standard Code for
Information Interchange) standartı olmuşdur. Bütün tələblərin hər kəs tərəfindən
ödənilməsinin təmin edilməsi üçün aşağıdakılar qəbul edilmişdir:
1.
Hər biri bir bayt təşkil edən 256 koddan ilk 32-si (0-dan 31-ə qədər)
kompyuter, printer və başqa qurğuların istehsalçılarına verilmişdir. Onlar bu
kodları istədikləri əməliyyat üçün təyin edirlər. Lakin sonradan istehsalçılar
tərəfindən bu kodlar üçün də standartlar işlənilmişdir, bu standartları qəbul
etməyənlər isə sadəcə olaraq öz məhsullarını sata bilmədiklərinə görə bazardan
çəkilmişlər. Məsələn, bütün kompyuter sistemlərində 13 kodu mətn daxil edilərkən
abzasın bitməsi və yeni abzasın başlaması üçün istifadə edilir.
2.
Qalan kodlar cədvəli iki hissəyə bölür: 32-dən 127-yə qədər olan kodlar dünyadakı
bütün kompyuter sistemlərinin istifadə etdiyi simvolların kodlarını təşkil
edir. 128-dən 255-ə qədər olan kodları isə hər bir ölkə özünə uyğun şəkildə
yerləşdirə bilər.
ASCII cədvəlindən başqa digər kodlaşdırma sistemləri də mövcuddur. Bunlara
misal olaraq Windows 1251, КОИ-8 və s. sistemlərini göstərmək olar. Bu sistemlərdə
1 simvolun kodlaşdırılması üçün 8 bit və ya 1 bayt istifadə edilir.
1991-ci ildə 16-bitlik Unicode (Yunikod) sistemi təklif edilmişdir. Bu
sistemdə hər bir simvolun kodlaşdırılması üçün 2 bayt istifadə edilir: 1 bayt – simvolun kodlaşdırılması üçün, bir
bayt isə əlamətinə görə ayrılır. Bununla yanaşı Unicod kodlaşdırma üsulunun ASCII
standartı ilə informasiya uyğunluğu təmin edilir.
Unicode nə deməkdir? Yuxarıda qeyd etdiyimiz kimi, əvvəllər hər bir
simvolun kodu yalnız bir baytdan ibarət idi, Unicode standartında isə hər bir
simvol 2 bayt ilə kodlaşdırlır, bu da eyni zamanda 65536 simvolun işlədilməsinə
yol açır. Bu ədəd isə dünyanın bütün əlifbalarını özündə saxlaya bilər. Bu 65536
kodun arasında “Ə”, “ə” hərfi üçün də (türk əlifbasında olduğundan dilimizin o
biri “qeyri-standart” hərflərinin Unicode kodları əvvəldən məlum idi) yer
tapıldı.
Nəhayət, 28 iyul 2001-ci ildə Azərbaycan dili üçün Unicode
(2-baytlıq) və qeyri-Unicode (1 baytlıq) simvol kodlaşdırmaları və həmçinin
klaviatura düzümü qəbul edildi. Əslində Unicode standartı çoxdan tətbiq
olunurdu və bu sadəcə rəsmiləşdirildi.
Hiç yorum yok:
Yorum Gönder