İnformasiya. İnformasiya prosesləri. İnformasiyanın növləri, xassələri, təsnifatı

İnformasiya. İnformasiya prosesləri. İnformasiyanın növləri, xassələri, təsnifatı

İnformatika – hesablama texnikası vasitəsilə informasiyanın qəbulunu, saxlanmasını, ötürülməsini, avtomatlaşdırılmış məntiqi emalını öyrənən və bunların insan fəaliyyətinin müxtəlif sahələrinə tətbiqi ilə məşğul olan texniki elmdir. ABŞKanada və əksər ingilis dilli ölkələrdə bu elm ComputerScience (hesablama texnikası haqqında elm) kimi də adlanır.
Artıq 20 ildən çoxdur ki,  «İnformatika» bir elm sahəsi kimi formalaşmışdır. İnformatika fransız sözü “İnformatique”dan götürülmüşdür və iki sözün birləşməsindən yaranmışdır: İnformation (informasiya) və Automatique (avtomatika). Bu termin informasiyanın avtomatlaşdırılmış emalını əks etdirir.
«İnformatika», sadə şəkildə desək, informasiya proseslərinin (informasiyanın toplanması, ötürülməsi, saxlanması, emalı və çatdırılması) texniki vasitələrlə  avtomatlaşdırılmasından bəhs edən elmdir.
İnformatika elminin əsas tədqiqat obyekti cəmiyyətin informasiyalaşdırılması və kompüterləşdirilməsidir. Bu elmin nəzəri əsasını informasiyaalqoritmehtimal nəzəriyyələririyazi statistikariyazi məntiqkombinator analizformal qrammatika və s. özünün məxsusi bölmələrini isə əməliyyatlar sistemiEHM arxitekturasınəzəri proqramlaşdırmaverilənlər bazası nəzəriyyəsi və digərləri təşkil edir.

İnformatikanın əsasını təşkil edən bu elm sahələrini çox vaxt:
-          hardware (texniki),
-          software (proqram),
-          brainware (beyin) təminatları şəklində quruplaşdırırlar.
İnformasiya – təbiətdə və cəmiyyətdə bizi əhatə edən obyektlər, hadisələr, onların xassələri, qarşılıqlı münasibətləri haqqında məlumatlar yığımı olub, onlara dair bilikləri çoxaldır.
«Məlumat» (xəbər) və «informasiya» anlayışlarını fərqləndirmək üçün danışıq dilindəki bu ifadə köməkçi ola bilər: «Bu məlumat mənə heç bir informasiya vermir». Bu ifadə informasiya və məlumat anlayışları arasındakı aşağıdakı əlaqəni əks etdirir: informasiya məlumat vasitəsilə ötürülür.
İnformasiya və məlumat arasındakı əlaqə qarşılıqlı-birmənalı deyildir. Eyni informasiya müxtəlif məlumatlarla ötürülə bilər və onların icərisində heç bir informasiya daşımayanı da ola bilər. Əksinə, eyni bir məlumat onu qəbul edənin (istifadəcinin) maraq dairəsindən asılı olaraq müxtəlif informasiya kimi qəbul oluna bilər. Məsələn, təyyarənin qəzaya uğraması xəbəri həlak olanların qohumları üçün bir məna, hava yolları şirkəti üçün isə başqa bir məna kəsb edir. Eyni qəzet məqaləsindən müxtəlif oxucular özlərinin maraq dairələrinə uyğun müxtəlif informasiya götürürlər.
İnformasiya – latın sözü olub mənası izahеtmə, agahеtmə, ifadəеtmə dе­məkdir. İnformasiyadan danışarkən biz ilk növbədə radio, tеlеvizor məlumatı, qəzеt, kitab, еlmi jurnalın məzmunu, vеrilənlər bazası, kitabxana və biliklər, in­sanlar arası ünsiyyət nəzərdə tutulur. İnformasiyanı kitablarda, kitabxanalarda, vеrilənlər bazasında, vərəqdə və hеsablama maşınlarında saxlayırlar. İnforma­siya еlеktrik siqnallarının və radio dalğalarının köməyi ilə yazılı və şifahi ötürü­lür, hissiyyat orqanları, еlеktrik qəbulеdiciləri - foto və vidеo kamеranın köməyi ilə alınır.
İnformasiya tеrmininin özəlliklərindən ən əsası odur ki, onun mənası intuitiv olaraq hamı üçün aydındır, digər tərəfdən onun еlmi tərifi yoxdur. Еlmi anlayış kimi informasiya ən müxtəlif bilik sahələrinin öyrənmək üçün prеdmеt rolunu oynaya bilər. Məsələn, fəlsəfə, informatika, sistеm nəzəriyyəsi, kibеrnеtika və s.
İnformasiya – bizi əhatə еdən hadisə və obyеktlərin bu və ya digər xassəsini əks еtdirən və tərəfimizdən dərk olunan siqnallar toplusudur. Bu tərif, əlbəttə ki, izahеdici xaraktеr daşıyır. Burada 3 əsas еlеmеnti ayırmaq vacibdir:
- mənbə;
- qəbulеdici;
- əlaqə kanalı.
Və bunların qarşılıqlı münasibətində informasiya gəlir. İnformasiya tеrmini ilə bir sırada vеrilən anlayışı durur. Vеrilən – konkrеt formada ifadə еdilən informasiyadır. Vеrilən və informasiya ayrı-ayrılıqda еmal olunur, dəyişdirilir, sistеmləşdirilir, çеşidlənir və bunun nəticəsində də yеni informasiya və yaxud yеni biliklər alınır.
«Verilən» anlayışını belə bir mücərrəd situasiya ilə izah etmək olar. Fərz edək ki, müşahidəçi öyrənilən obyektin vəziyyəti haqqında məlumatı toplayıb, müəyyən formada yaddaşında saxlayır. Bu halda deyirlər ki, müşahidəçinin yaddaşında obyektin vəziyyətini əks etdirən verilənlər var.
Beləliklə, verilənlər - saxlamaq, emal etmək və ötürmək üçün müəyyən formada qeyd olunmuş məlumatdır. İngiliscə verilənlər sözünü ifadə edən «data» termini latınca «datum» (fakt) sözündən yaranmışdır.
İnformasiya – təbiətdə, cəmiyyətdə, həmçinin insan tərəfindən yaradılan sistеmlərdə dövr еdən məlumatlar yığımıdır. İnformasiyanı yığırlar, saxlayırlar, ötürürlər, еmal və istifadə еdirlər. Bu məqsədlərlə informasiya tеxnologiyalarındən istifadə olunur.
İnformasiya rеsursları – istеhsalatda, tеxnikada, cəmiyyətin idarə еdilməsində istifadə еdilən informa­siyalardır. Ölkə miqyasında informasiya rеsursları – Milli informasiya rеsurslarıdır. Ölkənin informasiya rеsursları onun еlmi-tеxniki inkişafını, еlmi potеnsialını, iqtisadi və stratеji qüvvəsini müəyyən еdir.
İnformasiyalar yaranmasına, qəbul edilməsinə, ötürülməsinə, ifadə formalarına və vasitələrinə, istifadəsinə və s. görə müxtəlif cür qruplaşdırıla bilər. İnformasiyaları hər hansı əlifba simvollarının köməyi ilə ifadə etmək və onu digər əlifbaya da keçirmək olar. İnformatikada fakt, məlumat, xəbər terminləri çox vaxt “verilənlər” sözü ilə ifadə olunur.

İnformasiyanın növləri, xassələri, təsnifatı
İnformasiya müxtəlif cür qiymətləndirilə bilər. Bu qiymətləndirmə informasiyanı qəbul edən şəxsin dünyagörüşü, marağı, meylliliyi və s. ilə əlaqədardır.
İnformasiya kodlaşdırma vasitəsilə bir formadan digər formaya keçirilə bilər. İnformasiya şifrələmənin köməyilə məxfiləşdirilə bilər. Hər hansı bir məlumat orfoqrafiyaya görə də müxtəlif informasiya daşıya bilər, müxtəlif məna kəsb edə bilər.
Dil məlumatlarına ayrıca baxıla bilər. Müxtəlif millətlərin danışıq dilləri (şifahi və yazılı), incəsənət dilləri, musiqi notları, riyazi düsturlar dili, proqramlaşdırma dilləri və s. vardır.
İnformasiyanın saxlanılması üçün informasiya daşıyıcılarından istifadə edilir. İnformasiya daşıyıcısı kimi kağızdan və elektron tipli daşıyıcılardan (maqnit lenti, maqnit diski, rəqəmsal-video disk, fləş yaddaş və s.) istifadə edilir.
Məlumatların verilməsində prinsipial cəhət ondan ibarətdir ki, onunla əlaqədar fiziki kəmiyyət dəyişiklikləri zamana görə baş verir. Odur ki, məlumat daşıyıcısı kimi zamana görə dəyişən fıziki kəmiyyətlərdən (təzyiq, temperatur, rənglər və s.) istifadə edilir.
Məlumat və ya informasiyanın daşıyıcısı bir qayda olaraq, siqnal adlanır (latınca, signum - işarə deməkdir). Siqnal məlumatı ötürən və müəyyən istiqamətlərdə məlumatı yaymağı əks etdirən fiziki prosesdir.
Siqnalların işıq, səs, istilik, mexaniki, elektrik və s. kimi növləri vardır.
İnsan üçün informasiya - insan tərəfindən bilavasitə və ya xüsusi qurğuların köməyi ilə alınan, insanın ətraf mühit və orada baş verən proseslər haqqında biliklərini genişləndirən siqnalların (məlumatların) məzmunudur.
Məlumatı - informasiyanı ötürməyi təmin edən hər hansı fiziki kəmiyyətin zamana görə dəyişməsinə siqnal deyilir.
Bu vaxt məlumatın canlanması üçün siqnalın müxtəlif xassələrindən istifadə olunur. Siqnalın məlumatı təqdim etmə xassəsinə siqnal parametri deyilir (məsələn, amplituda, tezlik və s.). İnformasiya parametrlərinin strukturundan asılı olaraq siqnallar, əsasən, diskret və kəsilməz formada ola bilərlər. Diskret formada ötürülən siqnallar rəqəmli (rəqəmsal), kəsilməz formada qəbul edilən siqnallar isə analoq növlü siqnallara aid edilirlər.
Siqnalın kəsilməzliyi onun istənilən verilmiş kiçik zaman kəsiyində müəyyən kiçik kəmiyyət qədər dəyişməsi deməkdir.
Siqnalın diskretliyi onun ancaq ciddi təyin olunmuş son vaxt çərçivəsində ölçülməsinin mümkünlüyü deməkdir, yəni siqnalın özü kəsilməz funksiyanı deyil, siqnalın amplitudunun ardıcıl diskret qiymətlərini təqdim edir.
Siqnal verilən parametrə nəzərən o vaxt diskret (kəsilən) hesab olunur ki, bu parametrin ala biləcəyi qiymətlərin sayı sonlu və ya hesabi olsun.
Parametrin ala biləcəyi bütün mümkün qiymətlər çoxluğu kontinuum (həqiqi ədədlər çoxluğu ilə eynigüclü olan) olduqda isə, siqnal həmin parametrə nəzərən kəsilməz adlanır. Yəni kəsilməz siqnal hər hansı intervalda (diapazonda) sonsuz qiymətlər çoxluğuna malik olur. Onun aldığı qiymətlər arasında kəsilmə olmur.
Beləliklə, informasiya iki formada (şəkildə) ötürülə bilir: diskret (rəqəmli, rəqəmsal) və kəsilməz (analoq).
Diskret informasiya hər hansı kəmiyyətin müəyyən anlardakı ardıcıl dəqiq qiymətləri ilə, kəsilməz informasiya isə hər hansı kəmiyyətin dəyişməsinin kəsilməz prosesi ilə xarakterizə olunur.
Diskret informasiyanı istənilən rəqəmsal indikatordan (məsələn, elektron saatlardan, maqnitofon sayğaclardan və s.) almaq olar. Kəsilməz informasiyanı, məsələn, atmosfer təzyiqi və ya avtomaşının vericiləri vasitəsilə almaq olar.
Diskret informasiya insan tərəfindən emal üçün daha rahatdır, ancaq praktik işlərdə tez-tez kəsilməz informasiyaya rast gəlinir. Buna görə də kəsilməz informasiyanı diskret şəklə gətirmək (diskretləşdirmə) və tərsinə keçirməyi bacarmaq zəruridir. Modem bu keçidləri (modulyasiya və demodulyasiya) həyata keçirmək üçün istifadə olunan qurğudur.
Bizi əhatə edən aləmdə gördüyümüz təsvirlər, obyektlər, müəyyən zaman ərzində eşitdiyimiz səslər analoq tipli informasiyalara aid edilir.
Xüsusi kodlarla qurğulara verilən dəyişən siqnallar - analoq, diskret olaraq dəyişən ədədi qiymətlər çoxluğundan ibarət informasiya isə rəqəmli (rəqəmsal) tipli informasiyaya aid edilir.
Məsələn, kağız üzərində əks olunan mətn və ya şəkillər, mikrofondan daxil olan siqnallar analoq tipli informasiyaya, kompüterlərdə əks olunan mətn və şəkillər, eşidilən səslər və ya müşahidə edilən hərəkətlər isə rəqəmli (rəqəmsal) tipli informasiyaya aiddir.
İnformatika nöqteyi-nəzərincə informasiyanın aşağıdakı xassələrini daha vacib hesab etmək olar:
ü obyektivlik;
ü  tamlıq;
ü dəqiqlik;
ü  adekvatlıq;
ü mövcudluq;
ü  əlçatanlılıq, əlyetərlik;
ü  etibarlılıq;
ü  faydalılıq;
ü  aydınlıq;
ü qiymətlilik;
ü aktuallıq.
İnformasiyanın obyektivliyi və subyektivliyi anlayışları nisbidir.
• İnformasiya o vaxt obyektiv hesab edilir ki, o heç kəsin fikir və mühakiməsindən asılı deyildir. Az subyektiv elementlərə malik metodlardan istifadə edilən informasiya daha obyektiv sayıla bilər. Əgər nəzərə alsaq ki, metodlar subyektivdir, onda bu nisbilik tam aşkar şəkildə özünü biruzə verər. Məsələn, "küçədə istidir" məlumatı subyektiv, "küçədə havanın temperaturu 22 “C - dir" məlumatı isə obyektiv (əgər termometr düzgün işləyirsə) informasiyadır. Başqa bir misal: təbii obyektin fotoçəkilişlə müşahidəsi daha obyektivdir, nəinki həmin obyektin insan tərəfindən çəkilmiş rəsmləri əsasında müşahidə aparılması. Deməli, obyektiv informasiyanı ölçmə cihazları (əgər cihaz düzgün işləyirsə) vasitəsilə almaq olar. İnformasiyanın tamlığı dedikdə, onun bizi maraqlandıran verilənləri özündə cəmləşdirməsi və qərar qəbulu üçün kifayət qədər olması başa düşülür. Bu informasiyanın keyfiyyətini xarakterizə edir və eyni zamanda onların əsasında yeni verilənlərin alınmasının kafiliyini təyin edir.
• İnformasiyanın dəqiqliyi - lazımi siqnalın vaxtlı-vaxtında daha dəqiq qeyd olunmasıdır.
• Adekvatlıq informasiyanın işin real obyektiv vəziyyətinə uyğun olması dərəcəsidir. O informasiyanı daha çox adekvat hesab etmək qəbul olunmuşdur ki, oraya daha az subyektiv elementli metodlar daxil edilir.
• Etibarlı informasiya bizə düzgün qərar qəbul etməyə kömək edir. Etibarlı olmayan informasiya bu hallarda ola bilər:
ü  qəsdən (gözlənilməz) təhrif halında;
ü  səs-küyün (müdaxilənin) təsiri nəticəsində (məsələn, "xarab olmuş telefon");
ü  real faktın qiymətinin kiçildilməsi və ya şişirdilməsi zamanı (şayiələr, reklam və s.).
• İnformasiyanın faydalılığı onun hər hansı məsələnin həllində faydalı rolu ilə qiymətləndirilir. İnformasiyanın faydalılığının qiymətləndirilməsi həmişə subyektivdir. Belə ki, bir obyekt üçün faydalı olan informasiya başqa obyekt üçün tamamilə faydasız ola bilər.
• İnformasiyanın aydınlığı onun elə şəkildə ifadəsidir ki, o informasiyanı alan şəxs tərəfindən başa düşülən olsun.
• Qiymətlilik alınan yeni informasiyanın həmin anda onu alana verilən problemin həllində lazım olması deməkdir. İnformasiya ona görə qiymətli olur ki, o qarşıya qoyulmuş məqsədlərə çatmağa kömək edir. Əgər informasiyanın qiymətləndirmə meyarı kimi, onun müxtəlif məqsədlər üçün istifadə edilməsini qəbul etsək, onda informasiya doğrudan da müxtəlif qiymətlərə malik ola bilər.
• Alınan informasiyanın cari vəziyyətə uyğun olması onun aktuallığının göstəricisidir.
İnformasiya məlumatlar şəklində hər hansı  informasiya mənbəyindən onu qəbul  edənə (qəbulediciyə) onlar arasındakı rabitə kanalı vasitəsilə ötürülür.
Mənbə ötürülən siqnalla kodlaşdırılan məlumatı göndərir. Bu siqnal rabitə kanalı vasitəsilə ötürülür. Nəticədə qəbuledicidə qəbul olunan siqnal yaranır ki, bu da dekodlaşdırılaraq qəbul edilən məlumata çevrilir.
Məsələn, hava proqnozu haqqında informasiyadan ibarət məlumat qəbulediciyə (televiziya tamaşaçısına) mənbədən (meteoroloq-mütəxəsisdən) rabitə kanalı (televiziya ötürücü qurğusu və televizor) vasitəsi ilə ötürülür.
Rabitə kanalı vasitəsilə informasiyanın ötürülməsi bir çox hallarda informasiyanın təhrif olunmasına və itirilməsinə səbəb olan maneələrin təsiri ilə müşayiət edilir.
İnsanlar informasiyanı ətraf aləmdən, hiss (duyğu) üzvləri vasitəsilə qəbul edir.
Kompüter vasitəsilə qəbul edilən informasiyanın mətn, rəqəm, səs, qrafik, video, multimediya, məntiqi kimi formaları vardır.
Beləliklə, informasiya gündəlik həyatımızdakı əlaqələrimizdə, əsasən, ümumi halda aşağıdakı şəkillərdə və müxtəlif formalarda mövcud ola bilər:
ü  mətnlər;
ü  şəkillər, çertyojlar, fotolar;
ü  işıq və ya səs siqnalları;
ü  radio dalğaları;
ü  elektrik və sinir impulslan;
ü  maqnit yazıları;
ü  jest və mimikalar;
ü  iy və dad bilmə (hissetmə orqanları vasitəsi ilə);
ü  irsi əlamətlərin və orqanizmlərin xassələrinin ötürüldüyü xromosomlar və s.
Predmetlər, proseslər, material və ya qeyri-material xassələrinin təsirləri onların informasiya nöqteyi-nəzərindən baxıldığı zaman informasiya obyektləri adlanırlar. İnformasiya - insanların əlaqələrində.
Müasir dünyada informasiyanın təqdimolunma formaları müxtəlifdir.
ü  Vizual müşahidə, oxuma vasitəsilə alınan informasiya video (görüntülü) adlanır.
ü   İnsanların ünsiyyətlərində səs informasiyası (audio) iştirak edir (şifahi nitq, musiqi səsləri və s.).
ü   Ünsiyyətlərdə xüsusi diqqət yazılı informasiyaya verilir.
ü  Yazılı informasiya şifahi nitqin səslərə uyğun olan simvollar (hərflər və s.) vasitəsilə təsviridir. Əlbəttə, şifahi informasiya yazılı informasiyadan daha zəngindir.
Hissetmə orqanları və onların işi. Hissetmə orqanları (gözlər, qulaqlar, dil, burun və dəri) məlumatların verilməsi və qəbul edilməsi üçündür. Bu 5 hissetmə orqanının köməyi ilə insan ətraf mühit haqqında informasiya alır: görmə, eşitmə, dadbilmə, iybilmə, toxıınma vasitəsilə.
Praktiki olaraq, insan informasiyanın 90 faizinə yaxınını görmə (vizual), təxminən 9 faizini eşitmə (audio) və ancaq 1 faizini qalan hissetmə orqanları (iybilmə, dadbilmə, toxunma) vasitəsilə alır.
Ətraf mühit haqqında bütün məlumatları biz hissetmə (duyğu) orqanları vasitəsilə əldə edirik. Hissetmə (duyğu) orqanları iki cür olur: effektor (ötürücü-verici orqan) və reseptor (qəbuledici orqan).
Məlumatın fiziki daşıyıcısı kimi səs siqnallarından, işıq dalğalarından, təzyiqdən, temperaturdan, qaz və maye molekullarının konsentrasiyasından, təcildən və s. istifadə olunur. Məlumatın qəbuledilmə vasitələri kimi isə hiss orqanları, eşitmə, görmə (optik) və taktil (korların diliistifadə edilir.
Bilavasitə danışıq diliylə ünsiyyətdən savayı alətlərdən istifadə edilən dillər də var. Məsələn, həyəcan siqnalı, fit səsi, tonqal yandırmaq və s.
Hissetmə orqanlarının funksional qabiliyyətinin müəyyən sərhədi vardır. Məsələn, insanın akustik (səs impulsu) və optik (lampanın yanması) siqnalına qarşı reaksiya vaxtı 140-250 msan-dir, göstərilən sözü oxuma 350-550 msan, ev əşyasının adını demə 600-800 msan-dir. Buradan görünür ki, qavrama prosesi heç də ancaq reseptorların funksiyası deyil. Buraya, həmçinin, əsəb yolları ilə oyanmanın baş verməsi, onun beyində emalı və cavabın effektora verilməsi də aiddir. Sözü gedən proses qəbuledici orqan kimi gözə 40 msan, qola 50 msan-yə gəlir.
Beyində qıcıqlanmaların emalı. Effektor və reseptorların funksiyaları hissetmə orqanlarının psixologiyası ilə daha dərindən öyrənilir, əsəb yolları ilə həyəcanların oyanması neyrofıziologiya və neyroanatomiya elm sahələrində öyrənilir. Həyəcanların cavablanması isə beyində baş verir.
Rabitə qurğuları. Xarici quruluşuna görə, rabitə qurğuları (RQ) qəbuledici və ötürücüdən ibarətdir. Daxili quruluşa görə isə RQ heç bir ümumi mülahizəyə uyğun gəlmir.
Ötürücüdən qəbulediciyə verilərkən istifadə olunan məlumat daşıyıcı kanal adlanır. Məlumat mənbədən alana (qəbul edənə)   "rabitə kanalı" adlanan hər hansı mühit vasitəsi ilə ötürülür.
Kibernetikada məlumatın verilməsi və emalı baxımından məhz insan və texniki qurğulara ümumilikdə xas olan aspektlər öyrənilir.
İnformasiya - texniki qurğularda və sistemlərdə. İnformasiya mübadiləsi təkcə insanlar arasında baş vermir. Müasir həyat onu asanlaşdıran və müxtəlif məsələlərin həllində insanları əvəz edən cürbəcür qurğu və maşınlarsız təsəvvür edilmir. Eyni zamanda maşınların işləri informasiyanın emalı prosesləri olmadan mümkün deyildir.
İnformasiyanın növləri. İnformasiyanın növləri (tipləri) dedikdə onun təsnifatı başa düşülür. Təsnifat, ümumiyyətlə, müəyyən əlamətlərə görə qruplara bölmək deməkdir.
İnformasiyanın növləri (tipləri) - materiyanın müxtəlif səviyyələrinə informasiya yönlü yanaşmanın nəticəsidir.
İnformasiyanın növlərininin informatik baxımdan tam siyahısı belədir:
ü  məntiqi;
ü  ədəd;
ü  mətn;
ü  audio (səsli);
ü  qrafıki;
ü  video (görüntülü);
ü  multimedia.
İnformasiyanın təqdim olunma (verilmə) üsullan aşağıdakılardır:
ü  mətn;
ü  ədədi;
ü  qrafiki;
ü  səs;
ü  kombinasiyalı.
Yaranma sahəsinə görə informasiya bölünür:
- еlеmеntar – qеyri-canlı təbiətin prosеs və hadisələrini əks еtdirir;
- bioloji – canlı aləmin prosеslərini əks еtdirir;
- sosial – insan cəmiyyətinin prosеslərini əks еtdirir.
Qavrama və ötürmə üsuluna görə informasiya bölünür:
- vizual – görünən obraz və simvollarla ötürülür;
- audial – səslərlə ötürülür;
- taktil – hisslərlə ötürülür;
- duyğu - dad və iylə ötürülür;
- maşın – hеsablama tеxnikası vasitələri ilə vеrilən və qavranılan.
Ümumi təyinatına görə informasiya bölünür:
- kütləvi (ictimai-siyasi, еlmi-populyar və s.);
- xüsusi (еlmi, tеxniki, iqtisadi və s.)
- şəxsi.
İnformasiyanın formalarıİnformasiya müəyyən bir formada təsvir olunmalıdır (əks olunmalıdır), daha doğrusu, maddi ifadəsini tapmalıdır. Bu, müxtəlif üsullarla, o cümlədən şifahi və yazılı formada əldə edilir. İnformasiya üçün yazılı təsvir forması daha geniş yayılmışdır. Lakin idarəetmə fəaliyyətinin həyata keçirilməsində şifahi informasiya məhdud rol oynamır. İnformasiyanın əks etdirilməsinin elementar vahidi siqnallardır: rəqəmlər, hərflər və digər işarələr.
İnformasiyanın yazılı təsvir edilməsi formalаrından biri qrafik üsuldur, bu zaman informasiya həndəsi fiqurlarla göstərilir. Qrafik təsvirdən həm informasiyanın öyrənilməsi üçün, həm də idarəetmə işlərinin аparılması təcrübəsində istifadə edilir. Lakin bu üsul qeydiyyatdakı universallığa malik deyildir. İqtisadi məsələlərin bəzi növləri (məsələn, mühasibat uçotu) üçün onun praktiki əhəmiyyəti yox dərəcəsindədir. Buna baxmayaraq, imkan daxilində məlumatların təsvir edilməsinin qrafik üsulundan istifadə olunmalıdır. Çünki bu informasiyanın əyani formada yığcam olmasını təmin edir.
İnfоrmasiyanı qiymətləndirərkən оnu üç aspektə ayırırlar: sintaksik, semantik, praqmatik.
Sintaksik aspekt infоrmasiyanın istehlak və məna keyfiyyətindən asılı оlmayaraq  оnun verilməsi üsulu ilə bağlıdır. Sintaksik səviyyədə infоrmasiyanı ötürmək və saxlamaq üçün оnun təqdimetmə fоrmalarına baxılır. 
Semantik aspekt  infоrmasiyanın məna tərkibini əks etdirir və оnu əvvəl mövcud оlan infоrmasiya ilə uyğunlaşdırır.
Praqmatik aspekt əldə оlunmuş infоrmasiya hesabına qоyulmuş məqsədə nailоlma imkanını müəyyən edir. Bu aspekt istehlak xüsusiyyətlərini əks etdirir. Əgər əldə оlunmuş infоrmasiya dəyərlidirsə, о zaman оnun istehlakçısının fəaliy­yəti düzgün istiqamətə yönəlir. Praqmatik aspekt yalnız infоrmasiyanın (оbyek­tin), istehlakçının və  qоyulmuş məqsədin vəhdəti şəraitində özünü büruzə verir.
İnfоrmasiya özünün yaranmasına və sоnrakı dəyişikliklərə uğramasına nisbətən üç mərhələni keçir, bu da оnun semantik, sintaksik və praqmatik mərhələlərini müəyyən edir. İlk əvvəl insan оnun şüurunda müəyyən verilənlər yığımı şəklində əks оlunan ətraf mühitdəki hər hansı faktı müşahidə edir. Burada sintaksik aspekt özünü biruzə verir. Kоnkret predmet sahəsinə uyğun verilənlərin strukturlaşdırılmasından sоnra insan müşahidə etdiyi fakt haqqında bilik fоrmalaşdırır. Bu əldə оlunan infоrmasiyanın semantik aspektidir. Bilik şəklində оlan infоrmasiya yüksək səviyyəli strukturlaşmaya malikdir, bu da ətraf mühit haqqında tam infоrmasiyanı önə çəkmə­yə və tədqiqat оbyektlərinin infоrmasiya mоdellərini yaratmağa imkan verir. Əldə оlunmuş bilikləri insan qоyulmuş məqsədlərə nail оlmaq üçün sоnradan öz praktiki fəaliyyətində istifadə edir və bu da infоrmasiyanın praqmatik aspektini əks etdirir.

İnformasiyanın ölçü vahidləri
İnformasiyanın ən kiçik ölçü vahidi 1 bitdir. Bit çox kiçik vahid olduğundan, kompüter texnikasında əsas informasiya vahidi kimi 8 bitdən ibarət olan baytdan istifadə olunur.

Qısaldılmış adı
Açıq adı
Ölçüsü
b
Byte
8 bit =1 b
Kb
Kilobyte
210 =1024 b
Mb
Megabyte
220 =1 048 576 b =1024 Kb = 210 Kb
Gb
Gigabyte
230 b =1 073 741 824 b = 1024 Mb = 210 Mb = 220 Kb
Tb
TeraByte
240 b =1 099 511 627 776 b = 1024 Gb = 210 Gb  220 Mb = 230 Kb

Bu ölçü vahidləri ən çox yaddaş qurğularının tutumunu göstərmək üçün istifadə olunur.

7 yorum:

General English

31.03.2019-cu il tarixinə qədər GENERAL ENGLİSH dili hazırlığına yazılanlara 30 % ENDİRİM EDİRİK! Qeydiyyatdan keçməyə tələsin bu fürsət bi...